Metroda ödənişlə bağlı YENİLİK GÖZLƏNİLİR

14:10 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Dünyanın müxtəlif metro şəbəkələrində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun ödəniş edirlər".

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır:

"Sosial qruplara münasibətdə də xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq kartlar, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Hələlik yekun qərar qəbul olunmayıb. Bu istiqamətdə daim müzakirələr aparılır".